1 yanvar 2017-ci il tarixinəolan məlumata görə, 2016-cı ildə “Təmiz Şəhər” ASC-nin aktivləri 53,5% - 102 mln. 187,96 min manatadək artıb.
Cəmiyyətin auditor rəyi ilə təsdiq edilmiş 2014-cü il üçün maliyyə hesabatına əsasən, 1 yanvar 2017-ci il tarixinə uzunmüddətli aktivlər 85 mln. 87,102 min manat, qısamüddətli aktivlər 17 mln. 100,858 min manat təşkil edir.
Cari ilin əvvəlinə ASC-nin öhdəlikləri 4 mln. 759,888 min manat (azalma 25,4%), məcmu kapitalı 97 mln. 428,072 min manat (artım 61,9%), nizamnamə kapitalı 9 mln. 149,672 min manat (dəyişməyib) təşkil edib.
Hesabata əsasən, 2016-cı il ərzində “Təmiz Şəhər”in gəlirləri 3 mln. 748 min 332 manat (azalma 4,9%) təşkil edib, xərcləri 18,8% - 24 mln. 837,839 min manatadək artıb.
Ötən il “Təmiz Şəhər” ASC-nin əldə etdiyi xalis zərəri 52 mln. 617,886 min manat təşkil edib, bu da 2015-ci ilin göstəricisindən 2,7 dəfə çoxdur.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında “Təmiz Şəhər” ASC-ni qeydiyyata alıb. **
N.Abbasova