Ötən gün ərzində Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 100 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 53 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.**
R.Babayev