Gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarının qaloibləri oloan Azərbaycan idmançılarının müküfat məbləğinin yüksək olduğunu hesab etmir.
“Mükafatn məbləği bir neçə amilə əsasən şərtlənib. Yarışlar ağır olub, Avropa Oyunlarına bərabər tutulub”, - deyə nazir bu gün mətbuat konfransında bildirib.
“Avropa Oyunlarında da eyni məbləğ müəyyən olunmuşdu. Əfsuslar olsun ki, hazırki 100 min manat Avropa Oyunları zamanı 100 min manata bərabər deyil (2015-ci ilin sonunda manatın devalvasiyası səbəbindən - İF)”, - deyə A.Rəhimov vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirilməsinə dövlət büdcəsindən $20 mln. vəsait ayrılmışdı.
“Biletlərin satışından 2,5-3 mln. manat gəlir əldə olunub. Lakin bu ilkin rəqəmlərdir. Cəmi 360 min bilet satılıb”, - deyə A.Rəhimov əlavə edib.
Onun sözlərinə görə, ümumilikdə 59 ölkədən turistlər Oyunları izləyib. **
F.İsazadə