Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub”, - deyə Azərbaycan XİN-in məlumatında bildirilir.
Nazir E.Məmmədyarov səfir C.Kutilyoya gələcək fəaliyyətində uğurlar arzu edib.*
R.Babayev