2017-ci ilin birinci yarısında Azərbaycanda ÜDM1,3% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə ÜDM-nin nominal həcmi 31 mlrd. 310,6 mln. manat təşkil edib.
I yarımillikdə qeyri-neft sektorunda ÜDM 1,7% - 18 mlrd. 986 mln. manatadək artıb.
Hesabat dövründə neft sektorunda ÜDM 6,6% azalaraq, nominal ifadədə 12 mlrd. 324,6 mln. manat təşkil edib.
Ümumi daxili məhsulun 42,1%-i sənayedə, 10,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,1%-i tikintidə, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrində, 15%-i isə digər sahələrdə, 7,2%-i vergi sahəsində istehsal edilib.
Hesabat dövründə əhali arasında adambaşına düşən ÜDM 3,224 min manat təşkil edib (azalma 2,3%).
Azərbaycan hökuməti 2017-ci ildə iqtisadi artımı 1% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə respublikada ÜDM 3,8% azalıb.**
N.Abbasova