2017-ci ilin yanvar-iyun aylarında $738 mln. dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 27% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Yanvar-iyun aylarında 1,157 min şirkət tərəfindən ixrac əməliyyatları həyata keçirilib”, - deyə məlumatda bildirilir.
2017-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixracda ilk yeri tomat (pomidor) ($121 mln.), ikinci yeri qızıl ($50,9 mln.), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen ($48,4 mln.) tutur.
Bu dövrdə Rusiyaya $274 mln., Türkiyəyə $144 mln., Gürcüstana $68 mln., İsveçrəyə $67 mln., Türkmənistana $33 mln. dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin iyun ayında qeyri-neft sektoru üzrə 421 subyekt tərəfindən $181 mln. dəyərində ixrac əməliyyatları həyata keçirilib. Qeyd olunan dövrdə Rusiyaya $84 mln., İsveçrəyə $26 mln., Türkiyəyə $22 mln., Gürcüstana $14 mln., Türkmənistana $7 mln. dəyərində Azərbaycan məhsulu ixrac olunub.*
A.Axundov