2017-ci ilin sonunadək Azərbaycanda 40-dan çox rayonda 100 kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Ölkəmizdə modul tipli məktəblərin quraşdırılması davam edir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Bu günədək 30 modul tipli məktəbin quraşdırılması başa çatıb, 35 məktəbdə isə bu sahədə iş davam etdirilir.*
R.Babayev