Azərbaycan prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov prezidentə məlumat verdi ki, rayonun Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir.
Həmin gün İ.Əliyev Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib.
Bundan başqa, dövlət başçısı Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub.
İ.Əliyevə bildirildi ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var.
Bununla yanaşı, prezident Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.**