2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan banklarının ümumi xalis mənfəəti 84,9 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Bu dövrdə bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln. manat, verilən kreditlər üzrə 749,8 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində bankların faizsiz gəlirləri 460,3 mln. manata bərabər olub.
6 ay ərzində bankların faiz xərcləri 482,7 mln. manat, o cümlədən depozitlər üzrə 192,1 mln. manat, qeyri-faiz xərcləri 476 mln. manat təşkil edib.
Yanvar-iyun aylarında bankların xalis əməliyyat mənfəəti 508,8 mln. manat təşkil edib. Bundan başqa, bu dövrdə banklar aktivlər üzrə mümkün itkilərin ödənilməsi məqsədilə ehtiyatların yaradılmasına 408,9 mln. manat yönəldiblər.
Bankların vergi ödənilənədək mənfəəti 102,3 mln. manat, mənfəət vergisi üzrə ödənişlər 17,4 mln. manat təşkil edib.*
A.Axundov