Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) və Belarus Respublikasının Dövlət Sərhəd Komitəsi arasında 2018-2019-cu illəri əhatə edən Fəaliyyət Planı imzalanıb. Bu barədə DSX-nin məlumatında deyilir.
Sənədi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevvə Belarus Dövlət Sərhəd Komitəsinin sədri general-mayor Anatoliy Lappo imzalayıb.
Tərəflər sərhəd mühafizəsinin müvafiq sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər, həmçinin inteqrə edilmiş sərhəd idarəçiliyi üzrə beynəlxalq layihələr çərçivəsində birgə fəaliyyətlərin davam etdirilməsinin, təcrübə mübadiləsinin zəruriliyini vurğulayıblar.
E.Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd edib.*
R.Babayev