"Elektron ipoteka"xidməti "Elektron hökumət" portalına inteqrasiya olunub. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
“Avqustun 10-dan etibarən "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs "Elektron hökumət" portalına daxil olub ipoteka kreditinin alınması üçün müraciət edə bilər”, - deyə məlumatda bildirilir.
İpoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə (Elektron imza və ASAN imza) mümkün olacaq.
“Daha əvvəl ipoteka krediti almış vətəndaşlar isə öz elektron kabinetlərini sadələşdirilmiş istifadəçi adı/şifr ilə də izləyə biləcəklər”, - deyə məlumatda qeyd olunur.*
A.Axundov