Ukraynanın “Sumsk Elm-İstehsalat Birliyi” publik səhmdar cəmiyyəti Azərbaycanda neft-qaz layihələrində maraqlıdır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)məlumat verilib.
“Sumsk (QHT) Azərbaycanda perspektivli neft-qaz layihələrində iştirakda maraqlıdır. Xüsusilə, şirkət “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları, həmçinin TANAP üçün texnoloji avadanlıq tədarükünü təklif edir”, - məlumatda deyilir.
Bundan başqa, şirkət “Ağ Şəhər” layihəsi və bütövlükdə respublika üşün neft-qaz kompleksi
üçün Azərbaycana kompressorların, həmçinin neft emalı avadanlığının tədarükünü təklif edir. **
N.Abbasova