1 iyul 2017-ci il tarixinə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 202,2 manata ($118,89) bərabərdir, bu da ötən ilin hesabat dövründən 6,6% çoxdur. Bu barədəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycanda pensiyanın orta məbləği orta aylıq əmək haqqının 38,7%-ni təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən, 1 iyul 2017-ci il tarixinə Azərbaycanda 1 mln. 328,4 min nəfər əmək pensiyası alır, bu da respublika əhalisinin 13,7-ni təşkil edir. Bununla yanaşı, pensiyaçıların 59,4%-i - yaşa görə, 29,3%-i - əlilliyə görə, 11,3%-i - ailə başçısının itirilməsinə görə pensiya alır.
Yanvar-iyun aylarında Azərbaycanda 1 mln. 627,2 min manat pensiyaların ödənişinə ayrııb. **
R.Babayev