1 iyun 2015-ci il nikahdan əvvəl tibbi müayinələr başlayandan bu vaxta qədər Azərbaycanda nikaha daxil olmaq istəyən 12,5 mindən çox şəxsdə talassemiya daşıyıcılığı aşkar olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“1 iyun 2015-ci il – 31 Iyul 2017-cı il tarixlərindən ölkədə nikaha daxil olmaq istəyən 309224 nəfər icbari tibbi müayinəsindən keçib”, - nazirlikdən qeyd ediblər.
Müayinələrdən keçmiş 12,594 nəfərdə talassemiya daşıyıcılığı aşkar edilib.
“Bundan başqa, müayinədən keçmiş 1,456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS aşkar olunub”, - deyə məlumatda qeyd olunur. **
R.Babayev