30.08.2017 10:20

AMB “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusu keçirəcək

Azərbaycan Mərkəzi Bankı “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi üçün podratçı seçir. Bu barədə AMB-dən məlumat verilib.

Seçim açıq tender üsulu ilə keçirilir.

Tenderdə iştierak haqqı 150 manatdır.

Şərtlərə əsasən, podratçı 1 dekabr tarixində fəaliyyətə başlamalı və bir il ərzində xidmət göstərməlidir.

Tender təklifləri oktyabrın 13-dək qəbul olunacaq. Tender proseduru 16 oktyabrtarixində keçiriləcək. **

A.Axundov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.