Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərində 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 3 milyon manatın ayrılmasına dair sərəncam imzalayıb.
Dövlət başçısının saytında verilən məluçata görə, İ.Əliyev çərşənbə axşamı müvafiq sərəncam imzalayıb.
Qeyd olunan vəsait Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsindən ayrılacaq. **
R.Babayev