Oktyabrın 11-də Avropa Şurası parlament Assambleyasında (AŞPA) Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair müzakirələr keçiriləcək. Bu barədə qurumun məlumatında qeyd edilir.
“14-16 sentyabr tarixlərində Avropa Şurası parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennaxvə Sezar Florin Preda Bakəya səfər edəcəklıər. Həmçinin həmməruzəçilərin preizdent İlham Əliyev, hökumətin rəsmi şəxsləri, parlament üzvləri ilə görüşləri planlaşdırılır”, - məlumatda bildirilir.
Bununla yanaşı, Stefan Şennaxvə Sezar Florin Preda Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər. “Daha sonar həmməruzəçilər həbsdə olan şəxslərlə ayrlca danışıqların aparılması haqqında xahiş ediblər”, - məlumatda vurğulanır.
Qeyd olunur ki, 2017-ci il oktaybrın 11 -də AŞPA-nın plenar iclasında qurumun Monitorinq Komitəsinin 7 sentyabr tarixində qəbul etdiyi hesabat əsasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair müzakirələr keçiriləcək. **
A.Əzizov