Dini radikalizmlə mübarizə çərçivəsində Azərbaycanın hüquq-mühafizə orqanları Qəbələ rayonunda 77 ədəd dini təyinatlı ədəbiyyat və əşyalar aşkar edərək götürüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakiniləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb”, - məlumatda deyilir.
B.Qasımov və E.Tahirov Qəbələ RayonPolis Şöbəsinə gətirilərək izahatları alınıb.
Götürülən əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib. **
R.Babayev