Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləriStefan Şennak və Sezar Florin Preda “Turan” İnformasiya Agentliyinin direkjtoru Mehman Əliyevin həbsdən azad olunmasını alqışlayıblar.
“Mehman Əliyevin azad edilməsi müsbət siqnaldır”, - həmməruzəçiləri Azərbaycana səfər ərəfəsində bildiriblər. Bu barədə AŞPA-nın mətbuat xidməti məlumat verir.
“Lakin o hələ də ev dustağıdır. Ona qarşı ittihamlar geri götürülməyib”, - həmməruzəçilər əlavə ediblər.
7 sentyabr 2017-ci il tarixində Azərbaycanda demokratik təsisatların fəaliyyətinə daitr qəbul edilən hesabatda Monitorinq Komitəsi təsdiq edib kii, ifadə və söz azadlığı cəmiyyətin təməllərindən biridir və buna zəmanət verilməlidir.”Həmməruzəçilər 14-16 sentyabr tarixlərində Bakıya səfər zamanı bu istiqamətdə Azərbaycan hökuməti ilə dialoqu davam etdirəcəklər”, - məlumatda vurğulanır. **
A.Əzizov