Beynəlxalq Valyuta Fondu 2017-ci ildə Azərbaycanda ÜDM-in azalmasını 1% səviyyəsində proqnozlaşdırır. 2018-ci ildə iqtisadi artım 2% təşkil edəcək. Bunu Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.
“2017-ci ildə Azərbaycanda ÜDM-in azalması 2016-cı ildə 3,1% səviyyəsində resessiyadan sonra 1% təşkil edəcək. Gələn il iqtisadi artımı 2% səviyyəsində proqnozlaşdırırıq. Bu, Azərbaycan iqtisadiyyatında vəziyyətin stabilləşməsi deməkdir”, - C.Azur çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda iki rəqəmli inflyasiya qalır, lakin ölkə hökuməti onun bir rəqəmli səviyyəyə azaltmağa çalışmalıdır.
Azərbaycan hökuməti 2017-ci ildə iqtisadi artımı 1% səviyyəsində proqnozlaşdırır. Yanvar-iyul aylarında Azərbaycanda ÜDM 1% azalıb. **
F.İsazadə