Bakıda Rusiya və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri ilə işçi görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi Bakıya gəliblər.
Rusiya gəmilərinin səfəri sentyabrın 22-dək davam edəcək. **
F.İsazadə