Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsində dəyişikliklər ediləcək. Bu barədə Fonddan məlumat verilib.
“Sentyabrın 27-də ARDNF-nin Müşahidə Şurasının növbəti iclasında Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb. Layihə məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edilib”, - məlumatda qeyd olunur.
Eyni zamanda, ARDNF büdcənin parametrlərinin necə dəyişəcəyini qeyd etmir. **
A.Əzizov