29.09.2017 09:04

Qubernator: “Stavropol diyarı Azərbaycana taxıl tədarükünü illik 3-4 mln. tona qədər artırmağa hazırdır”

Stavropol diyarı Azərbaycana taxıl tədarükünü illik 3-4 mln. tona qədər artırmağa hazırdır. Bunu diyarın qubernatoru Vladimir Vladimirov deyib.

Onun sözlərinə görə, 2016-cı il ərzində Stavropol ilə Azərbaycan arasında ticarət dövriyyəsi $130 mln. təşkil edib.

“Bu göstərici son hədd deyil. Bizim münasibətlərə ASK məhsullarının ixracı daxildir. Biz taxıl tədarükünü illik 3-4 milyon tona çatdırmağa hazırıq (hazlrda 1 mln. tondur - İF). Bunun üçün ASK məhsullarının istehsalında iqtisadi artım və rekord 10,5 mln. tondan artıq həcmdə yığım həddinə çıxmaq daxil olmaqla, hər cür şərait var”, - V.Vladimirov qeyd edib.

Qubernator xüsusilə Mineralnıye Vodı kurortlarının inkişaf perspektivlərinə toxunub. O xatırladıb ki, Rusiya prezidentinin təşəbbüsü ilə Kislovodsk şəhərinin inkişaf planı təsdiq olunaraq reallaşdırılır. V.Vladimirovun fikrincə, region həmçinin Azərbaycan biznesi üçün sanatoriya-kurort sahəsinə investisiyaların cəlb edilməsi nöqtəsinə çevrilməlidir.

O cümlədən, Stavporol Azərbaycandan turist axınının artmasında maraqlıdır. İndi bu göstərici illik 100 min nəfərə qədər təşkil edir.

**

A.Əzizov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.