2016-cı ildə Azərbaycanda ASK sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ümumi xalis mənfəəti 75 mln. 246,2 min manat təşkil edib, bu da 2015-ci ilin göstəricisindən 89,2 çoxdur.
“ASK sahəsində 1,488 min təsərrüfat 2016-cı ili gəlirlə başa vurub (2015-ci ildə 1,53 min təsərrüfat). Onların ümumi gəliri 2015-ci ildə 53 mln. 275,2 min manata qarşı 92 mln. 289,3 min manat təşkil edib”, - hökumətdən qeyd ediblər.
Bununla belə, ötən il 104 təsərrüfatın zərəri 17 mln. 42,8 min manat olub (2015-ci illə müqayisədə artım 26,1%).
“Beləliklə, 2016-cı ildə ASK sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xalis məfəəti bil il öncə 39 mln. 763,4 min manata qarşı 75 mln. 246,2 min manat təşkil edib”, - hökumətdən vurğulayıblar.
Ötən ilin yekunları üzrə bu sektorda gəlirlilik 2015-c ildə 11,3%-ə qarşı 20,3% olub.
Ümumilikdə, 2016-cı ildə ASK sektorunda təsərrüfatlar 408 mln. 710,6 min manat məbləğində kənd təsərrüfatı məhsulları satıblar (artım 9,2%). **
A.Əzizov