Fövqəladə Hallar Nazirliyinin güvvələri Astara, Lənkəran və Masallı rayonlarında yağışların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri xilasetmə tədbirləri həyata keçirir. Bu barədə FHN-dən məlumat verilib.
“Ötən sutka ərzində Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərdə suçəkmə işlərinə cəlb olunub”, - məlumatda deyilir. **
R.Babayev