Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov hesab edir ki, Avropa Şurası Parlament Assambleyasının Bakıya dair mövqeyi ədalətsiz və qəddardır.
“Uzun müddətdir ki, AŞPA tərəfindən Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”, - N.Məmmədov Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, belə təəssürat yaranır kiAŞPA vropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirmək üçün çalışır.
“AŞPA-da oturanların bəziləri özlərini az qalsın inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? ƏgərAŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?”, - prezidentin köməkçisi vurğulayıb. **
R.Babayev