Azərbaycan və Belarus parlament strukturlarının Elmi Fondunun yaradılmasına dair razılığa gəliblər.
“BelarusŞurasının sədriMixail Myasnikoviç, Belarusparlamentinin Nümayəndələr Palatasının sədriVladimir Andreyçenkovə Milli Məclisin sədri Oqtay Əsədov BelarusŞurası və Milli Məclis (parlament) arasında Azərbaycan nümayəndə heyətinin Belarusa rəsmi səfərinin yekunlarına dair birgə bəyanat imzalayıblar”, - məlumatda deyilir.
Tərəflər niyyətlərini respublikaların qarşlıqlı maraq kəsb edən ticari-iqtisadi, mədəniyyət, elmi, təhsil və digər sahələrdə qarşılıqlı əlaqənin genişləndirilməsi və dərinləşməsinə imkan yaradan parlament üsulları ilə təsbit ediblər.
Bundan başqa, regionlararası əlaqələrin inkişafına təşəbbüs göstərmək və hərtərəflı əməkdaşlıq mexanizminə hər vasitə ilə dəstək verməyə dair razılıq əldə olunub.
Oktyabrın 10-da O.Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Belarusa səfərə gəlib. Səfərin proqramına Belarus parlamentinin rəhbərliyi ilə görüşlər, parlamentlərarası qarşılıqlı əlaqənin inkişafı, iki ölkənin ticari-iqtisadi əməkdaşlığı və s. məsələlərin müzakirəsi daxildir. **
R.Babayev