Azərbaycan kinorejissoru, xalq artisti, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Space” telekanalının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Elgün məlumat verib.
Bu barədə oktyabrın 11-də Bakıda keçirilən tədbirdə bildirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyə və Rusiyanın Azərbaycandakı səfirləri, Çin və Ukraynanın Azərbaycandakı səfirliklərinin rəsmiləri iştirak ediblər.
Tədbirdə “Soqlasiya” Qızıl Ordeni Vaqif Mustafayevə təqdim olunub.
Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib.
E.Elgün qeyd edib ki, Avrasiya Televiziya və Radio Akademiyasının xətti ilə, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejissoru və ssenari müəllifi olacağı “Kambey” filminin çəkilişi razılaşdırılıb.*
R.Babayev