Azərbaycan beynəlxalq terrorçuluqla mübarizə məsələlərində ABŞ-ın etibarlı tərəfdaşıdır. Bunu ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper Bakıda jurnalistlərə bəyan edib.
“Bu mənada Əfqanıstanda sülhməramlı missiya çərçivəsində həyata keçirilən sabitliyin təminatında Azərbaycanın töhfəsini qeyd etmək istərdik”, - L.Kuper bildirib.
O qeyd edib ki, Azərbaycan hərbçiləri “çiyin çiyinə” Amerika əsgərləri ilə Əfqanıstanda sülh və sabitliyin təminatını təmin edirlər.
“Sülməramlı kontingent çərçivəsində 94 azərbaycanlı hərbi qulluqçu amerikalı həmkarlarla birlikdə Əfqanıstanda sülh və sabitliyi təmin edir”, - L.Kuper vurğulayıb. **
R.Babayev