16 yanvar 2018-ci ildən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindənBakı-Sofiya marşrutu ilə birbaşa həyata keçiriləcək. Bu barədə aviaşirkətdən məlumat veriləcək.
“Azərbaycan və Bolqarıstan prezidentləri İlham Əliyev və Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib. Uçuşlar 16 yanvar 2018-ci ildən etibarən həyata keçiriləcək. Bolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq”, - məlumatda qeyd olunur.
Uçuşlar həftədə bir dəfə - çərçşənbə günləri həyata keçiriləcək.
Bakı-Sofiya istiqaməti üzrə minimal tarif,aviaşirkətin digər istiqamətlərində olduğukimi, 29 avro (bir tərəfə) təşkil edəcək.
“Sofiya şəhərinə yeni müntəzəm reysin açılması Azərbaycanın mülki aviasiya sahəsində əhəmiyyətli hadisədir. Bakı-Sofiya istiqaməti üzrə aviareys ölkəmizin vətəndaşları üçün yeni məşhur istirahət istiqamətləri açacaq. “Buta Airways” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslər Avropa və Bakını turistlər üçün daha açıq məkana çevirəcək. Aşağıbüdcəli milli aviaşirkət marşrut şəbəkəsinin genişləndirilməsi və optimallaşdırılması üzrə işləri davam etdirəcək”, - məlumatda “AzərbaycanHava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun sözlərindən sitat gətirilir.
Yaxın zamanlarda yeni reyslərin təxsisetmə sisteminə daxil edilməsi üzrə texniki işlər başa çatdırıldıqdan sonra aviaşirkətin rəsmi saytında aviabiletlərin satışı həyata keçiriləcək.
Oktyabrın 29-dan etibarən Buta Airways Bakı-İstanbul və Bakı-Sankt-Peterburq marşrutları üzrə uçuşlar həyata keçirəcək. **
A.Əzizov