ABŞ şirkətləri Azərbaycanda orqanik məhsulların yetişdirilməsinin təşkilində maraqlıdır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Okyabrın 18-də kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ABŞ-ın “Argus Limited USA”, “Lindsay” və “WCC International” şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycanla ABŞ şirkətləri arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.
S.Talıbov iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edərək, ABŞ hökuməti tərəfindən zona baytarlıq laboratoriyalarının müasir avadanlıqlarla təmin edildiyini diqqətə çatdırıb. Nazir müavini “JOHN DEERE” şirkətinin istehsal etdiyi kombaynları yüksək qiymətləndirib.
“Amerika şirkətlərinin rəhbərləri Azərbaycanda orqanik məhsulların yetişdirilməsi və suvarma sistemlərinin yaradılmasında maraqlı olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilir.*
A.Əzizov