Rusiyada Azərbaycan Ticarət Evi 2018-ci ildə fəaliyyətə başlayacaq. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.
"Hazırda Belarusda Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir və Azərbaycan məhsulları Belarus bazarına tədarük olunur. Rusiyada Azərbaycan Ticarət Evinin yaradılması istiqamətində işlər başa çatmaq üzrədir və biz onun 2018-ci ildə fəaliyyətə başlayacağını gözləyirik", - deyə o, bu gün Bakıda keçirilən "Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri" mövzusunda beynəlxalq konfransda qeyd edib.
Nazir müavininin sözlərinə görə, Ukraynada Azərbaycan Ticarət Evinin qeydiyyat proseduru başa çatıb və fəaliyyətin həyata keçirilməsi üçün fiziki infrastrukturun yaradılması prosesi gedir.*
N.Abbasova