20.10.2017 12:40

Maliyyə Nazirliyi: 2018-ci il dövlət büdcəsində neftin 1 bareli 45 dollardan hesablanıb

2018-ci ilin dövlət büdcəsində neftin 1 bareli 45 dollardan hesablanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.

2017-ci ilin dövlət büdcəsində isə neftin 1 bareli 40 dollardan hesablanmışdı.

"Beynəlxalq maliyyə təşkilatları 2018-ci ildə neftin 1 barelinin orta qiymətini 50 dollar səviyyəsində proqnozlaşdırır. Bundan irəli gələrək Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin 1 barelinin qiyməti 45 dollar səviyyəsində götürülüb", - deyə məlumatda qeyd olunur.

Layihəyə əsasən gələn ilin dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat (2017-ci ilə olan proqnozla müqayisədə artım 20%), xərcləri 20 mlrd. 905,7 mln. manat (artım 16,5%), kəsiri 778,7 mln. manat və ya ÜDM-nin 1,1%-i səviyyəsində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin məlumatına görə, 2018-ci ilin dövlət büdcəsində neft gəlirləri 11 mlrd. 96 mln. manat (2017-ci illə müqayisədə artım 39,7%), xüsusi çəki 55,1% təşkil edəcək.*

A.Əzizov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.