Azərbaycan hökuməti 2018-ci ildə Azərbaycanda yaşayış minimumunun 173 manat məbləğində müəyyən edilməsini təklif edilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2017-ci ildə yaşayış minimumu 155 manat məbləğində təsdiqlənib. Beləliklə, yaşayış minimumu 2017-ci illə müqayisədə 11,6% artır.
2018-ci ildə əmək qabiliyyətli vətəndaşlar üçün yaşayış minimumunun 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilməsi təklif olunur.*
R.Babayev