Oktyabrın 25-də Azərbaycan Respublikası Hökuməti ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində 2016-cı il üzrə Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramının "Texniki Əməkdaşlıq Mexanizmi Proqramı"nın Maliyyələşdirmə Sazişi imzalanıb.
Iqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas imzalayıblar.
Sazişin məqsədi ölkəmizdə iqtisadiyyat, maliyyə və məhkəmə idarəçiliyi sahələrində həyata keçirilən islahatlara dəstək göstərməkdir.
Proqram çərçivəsində ixracın təşviq olunması, KOS-ların inkişafı, dövlət maliyyəsinin idarə olunması, əmək bazarı, standartlar sisteminin müasirləşdirilməsi, statistika sahəsinin inkişafı, vətəndaşlara hüquqi yardımın göstərilməsi sahəsində tədbirlər həyata keçiriləcək.
Proqramın icrası üçün 13,5 mln. avro məbləğində vəsait ayrılıcaq.*
B.Rüstəmbəyov