Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 30-da Azərbaycana işgüzar səfər edəcək. Bu barədə Qazaxıstan liderinin saytında məlumat verilir.
"2017-ci il oktyabrın 30-da N.Nazarbayev Azərbaycana işgüzar səfər edəcək. Səfər çərçivəsində prezidentin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun təntənəli açılış mərasimində iştirakı planlaşdırılır", - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi oktyabrın 30-da baş tutacaq.*
R.Babayev