Azərbaycan hökuməti ortamüddətli perspektivdə sement istehsalının artacağını proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Proqnozlara əsasən 2017-ci ildə ölkədə 2 mln. 449,9 min ton sement istehsal olunacaq ki, bu da 2016-cı illə müqayisədə 143 min ton çoxdur.
Sement istehsalının artım tendensiyası 2018-2021-ci illərdə də saxlanacaq.
Xüsusilə 2018-ci ildə 2 mln. 498 min ton, 2019-cu ildə 2 mln. 548,8 min ton, 2020-ci ildə 2 mln. 599,8 min ton, 2021-ci ildə 2 mln. 651,8 min ton sement istehsal olunacağı proqnozlaşdırılır. Beləliklə, 2022-ci ilədək sement istehsalında artım 2017-ci ilin göstəricisi ilə müqayisədə 8,2% təşkil edəcək.*
B.Rüstəmbəyov