“AzerGold” QSC laboratoriya və metallurgiya tədqiqatların aparılmasına Ekologiya və Təbii SərvətlərNazirliyinin Geoloji Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzi ilə iki müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“19 oktyabr tarixində “AzerGold” və GSKTM arasında113,8 min manat ümumi məbləğdə müqavilələr imzalanıb Bununla belə, 57 min manat məbləğində birinci müqavilə səhra kəşfiyyat işləri prosesində “AzerGold” tərəfindən toplanan çeşid nümunələrinin Mərkəz tərəfindən tədqiqatının aparılmasını nəzərdə tutur”, - məlumatda qeyd olunur.
Mərkəzlə 56,8 min manat dəyərində ikinci müqavilə “Çovdar” qızıl yatağından sulfit filizinin metallurgiya tədqiqatlarının aparılmasını nəzərdə tutur. **
N.Abbasova