Milli Məclisin vitse-spikeri Bahar Muradova xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sayının artmasını yaxşı tendensiya hesab edir.
"2018-ci ilin dövlət büdcəsində 33 rayon və şəhər üçün dotasiya nəzərdə tutulmayıb. Bu, çox yaxşı tendensiyadır", - deyə o, bu gün parlament komitələri tərəfindən gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Büdcə materiallarına əsasən, 2018-ci ildə yerli büdcə xərcləri 724,1 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2017-ci ilin göstəricisindən 0,4% çoxdur. Gələn il üçün yerli büdcə gəlirləri 650,7 mln. manat məbləğində qiymətləndirilir, dotasiyanın həcmi isə 73,4 mln. manat təşkil edəcək.*
B.Rüstəmbəyov