Prezident İlham Əliyev Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 7 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam noyabrın 13-də imzalanıb.
Sərəncama uyğun olaraq Gəncədə 72 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmirinə 5 mln. manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 2 mln. manat yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb.*
A.Əzizov