Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.
“Görüşdə iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub”, - deyə məlumatda bildirilir.
Nazir E.Məmmədyarov səfir M.Xristovaya gələcək fəaliyyətində uğurlar arzu edib.*
A.Əzizov