Noyabrın 16-da Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Görüşün təşkilatçıları AZPROMO və Azərbaycan-Rusiya İşgüzar Şurasıdır.
“Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək. İşgüzar görüş noyabrın 16-da keçiriləcək”, - deyə məlumatda bildirilir.*
A.Əzizov