Azərbaycan tibbinə inamsızlıq ABŞ Dövlət Departamentinin öz problemidir. Səhiyyə nazirinin müavini Elsevər Ağayev belə hesab edir.
"Bu, onların (ABŞ Dövlət Departamentinin - İF) öz problemi və seçimidir. Hər bir halda xarici vətəndaşlar, o cümlədən də amerikalılar, zəruri olduqda Azərbaycanın səhiyyə sistemindən faydalanır", - deyə o, bu gün Caspian European Club-un iclası çərçivəsində jurnalistlərə bildirib.
Nazir müavininin sözlərinə görə, dünyada elə bir əməliyyat yoxdur ki, Azərbaycanda həyata keçirilməsin. Bu gün ölkədə 875 özəl tibb müəssisəsi, 2,3 mindən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamağı və apteklərdən dərman almamağı tövsiyə edib.*
F.İsazadə