Rusiyada “Superjet 100” təyyarələrinin istehsalçısı olan "Qrajdanskie Samoletı Suxoqo" («Гражданские самолеты Сухого») şirkəti bu təyyarələrin VIP-versiyasını Azərbaycana tədarük edə bilər. Bu barədə şirkətin prezidenti Aleksandr Rubtsov məlumat verib.
"Biz Azərbaycanla "Sukhoi Superjet 100" təyyarəsinin VİP-versiyasının tədarükü barədə razılığa gəlmişik. Bir neçə təyyarə tədarük edilə bilər. Bir təyyarənin tədarükü ilə bağlı dəqiq razılığa gəlmişik, danışıqlar hələ davam edəcək", - deyə o qeyd edib.
Tərəflər arasında danışıqlar "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisi çərçivəsində aparılıb.*
A.Əzizov