Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin Dağıstan üzrə İdarəsi tərəfindən Yaraq-Qazmalar gömrük keçid məntəqəsinin "Cənub Gömrük Terminalı" ASC-də aparılan araşdırma zamanı Azərbaycandan idxal olunan alma və xurmada Kaliforniya qalxanlı yastıcası aşkarlanıb.
"Kaliforniya qalxanlı yastıcası ciddi təhlükə yaratmağından məhsulun Rusiyaya idxalına qadağa qoyulmayıb”, - deyə Federal Xidmətin məlumatında qeyd olunur.
Lakin İdarənin əməkdaşları Azərbaycandan 18 tondan çox pomidorun Rusiyaya idxalının qarşısını alıb. “Buna səbəb məhsulun müvafiq sənədlərinin saxta olmasıdır. Buna görə məhsulun geri qaytarılmasına qərar verilib”, - deyə məlumatda bildirilir.*
A.Əzizov