“Azərsu”Açıq Səhmdar Cəmiyyəti Qazax şəhərinin su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi üçün podratçı seçiminə dair tender elan edib.
Seçim İslam İnkişaf Bankının (İİB) “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramına Dəstək” layihəsi çərçivəsində aparılır.
Podratçının vəzifələrinə (Lot-1) daxildir: suqəbuledici qurğu – drenaj sistemi;
magistral su xətti – 9,5 km; su anbarları; xlorlama binası; su şəbəkəsinin tikintisi – 103,0 km;
Ev qoşulmaları – 5870ədəd.
O cümlədən, podratçı (Lot-2) kanalizasiya şəbəkəsinin tikintisi – 87,0 km; ev qoşulmaları –5 870 ədəd; kanalizasiya quyuları – 2 095 ədəd həyata keçirməlidir.
Tenderdə iştirak üçün dövlət rüsumu müvafiq olaraq 500 və 300 manat təşkil edir. Tender təklifləri 23 yanvar 2018-ci ilə qədər qəbul olunur. **
B.Rüstəmbəyov