“Azneft” İstehsalat Birliyi (Azərbaycan Dövlət Neft Şirkəti, SOCAR) “Qərbi Abşeron” yatağındakı üç yeni quyunu istismara verib. Bu barədə şirkətdən məlumat verilib.
33, 34 və 36 nömrəli quyular 20 saylı stasionar dəniz özülündən qazılıb. Hər üç quyu Qirməkialtı Lay Dəstəsinə qazılıb.
33 nömrəli quyu gündəlik 12 ton neft, 34 və 36 nömrəli quyular gündəlik 15 ton neft ilə istismara daxil edilib.
“Qərbi Abşeron” yatağının ehtiyatları 10 mln. tonn neft həcmində qiymətləndirilir. **
N.Abbasova