Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Petro Poroşenko Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində görüşəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
«Prezidentlər iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, dövlət başçıları, həmçinin İ.Əliyevin Ukraynaya gözlənilən səfəri ilə bağlı müzakirələr aparacaqlar. Qeyd edək ki, hazırda səfərin tarixi və gündəliyi tərəflər arasında razılaşdırılır.
“Şərq Tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.*
F.İsazadə