Bu gün Ermənistanda “Daşnaksütyun”partiyasıhakimiyyətdədir, Respublika partiyası isə daşnaklar üçün yalnız “pərdə”dir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov bəyan edib.
“Ermənistanın hakim Respublika partiyası rəsmi olaraq ideoloji təməl kimi Üçüncü Reyx ilə fəal əməkdaşlıq edən, SS erməni legionunun yaradıcılarından biri “Daşnaksütyun”un parlaq nümayəndəsi Qaregin Njdenin nəzəriyyəsinə əsaslanır. Bundan öncə Njde XX əsrin əvvəllərində Rusiya imperiyasına qarşı yönələn qanlı terror aktları ilə məşhur “Daşnaksütyun”un siyasətinin əsas həyata keçirənlərdən biri olub.
“Xüsusilə, Njde XX əsrin əvvəlində Zəngəzur və Qarabağda azərbaycanlıların amansızcasına məhv edilməsi ilə “məşhurlaşıb”. Prezident Serj Sarkisyanın rəhbərliyi ilə Ermənistan hökumətinin hazırki siyasəti də məhz Njdenin faşist ideologiyasının davamıdır”, -F.Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, nəticədə Serj Sarkisyanın rəhbərliyi ilə Ermənistanın hazırki hökuməti daşnakların və Njdenin xəyalını rellaşdırıb - Ermənistanı monoetnik dövlətə, yalnız ermənilər üçün ölkəyə çeviriblər, “bu isə faşistlərin əsas şüarlarından biri olub”. RF Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Zvezda” telekanalında da faşist ideologiyasının rəsmi İrəvanın müasir siyasəti ilə qarşılıqlı əlaqəsinə diqqət yönəldilib.
F.Axundovun sözlərinə görə, «Прогнозы с Вероникой Крашенинниковой» proqramında müəllif qeyd edir ki, Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan Ermənistan rəhbərliyi İrəvanın mərkəzində Njdenin abidəsini ucaldaraq faşizmi qəhrəmanlaşdırır.
“Kraşennikovun sözlərinə fikir verin: “Bu abidə - Böyük Vətən müharibəsi cəbhəsində mərdliklə mübarizə aparan bütün erməni xalqı üçün ən dərin təhqirdir. 106 erməni Sovet İttifaqı qəhrəmanıdır, Njde isə millətçi-mühafizəkar ideologiyası ilə hakim Respublika partiyasının qəhrəmanıdır”. Əbəs yerə deyil ki, İrəvanda Njdenin abidəsi məhz faşistlərlə mübarizəyə görə iki qəhrəmanlıq ulduzu ilə təltif olunan SSRİ marşalı Baqramyanın abidəsindən daha yaxşı yerdə ucaldılıb.
Düşünürəm ki, gələcək illərdə dövlət ideologiyasına uyğun olmadığına görə Baqramyanın abidəsini söksələr, bu təəccüb doğurmayacaq. Xüsusilə, ona görə ki, Baqramyan Azərbaycanda anadan olub, həmçinin Qarabağ ermənilərinin əksəriyyəti kimi, türk kökənlidir. Bununla yanaşı, “Zvezda” telekalında proqramın müəllifi Ermənistanın Respublika partiyasının - Üçüncü reyxin qerbini eynilə təkrarlayan qanadlarını açmlş qartal loqotipinə diqqəti yönəldib. Partiyanın proqramının faşist xadimi Qaregin Njdenin ideologiyasına əsaslandığını buna əlavə etsək, o zaman tam mənzərinin şahidi oluruq - Ermənistanda faşist ideologiyası qalib gəlib. Üçüncü reyxin simvollarını təkrarlayan və xırdalıqla faşist proqramını reallaşdıran - qonşu dövlətin ərazilərini işğal edən, digər dövlətlərə qarşı ərazi iddiaları olan, etnik təmizləmə həyata keçirən həmin faşist dövlətini bu gün də görürük.
İrəvandakı rejimin faşist mahiyyətini Xocalı soyqırımından sonra Ermənistanın hazırki prezidentinin szöləri də sübut edir. Xocalıda Serj Sarkisyanın rəhbərliyi ilə erməni faşistləri 600-dən çox dinc sakini, əsasən qadın, uşaq və qocaları qətlə yetiriblər. “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındırmağı bacardıq”, - Sarkisyan bəyan edirdi. Ancaq Serj Sarkisyanın rəhbərliyi ilə Ermənistan hökumətinin bu faşist siyasəti yalnız öz xalqına ziyandır - ermənilərin bölgədə həyat səviyyəsi kəskin düşür, inteqrasiya layihələrində iştirak etmir, Ermənistan təcrid olunmuş vəziyyətdə qalır. Bütün bunlar bütövlükdə Ermənistandan kənarda, dünyanın digər istənilən yerində, daha yaxşı həyat şəraiti axtaran əhalinin kütləvi emiqrasiyasına səbəb olur”, - F.Axundov vurğulayıb.
Onun sözlərinə görə, RusiyaFederasiyasıDövlət Duması və Federal MəclisininFederasiya Şurasına ünvanlanan postsovet məkanında faşizmin qəhrəmanlaşdırılmasının qarşısını almaq tələbi ilə petisiyaya səs verən Rusiyanın 200 mindən artıq sakini də Ermənistanda faşist ideologiyasının əlamətlərini qeyd ediblər.
“Petisiyada qeyd olunur ki, İrəvanın mərkəzində faşist Njdenin abidəsi ucaldılıb və Ermənistan prezidenti təntənəli surətdə onun qarşısına güllər qoyur. Sənədi imzalayanlar abidənin ucaldılmasını pisləməyi və onun sökülməsini təmin etməyi tələb edirlər. Bu petisiya «Парламентская газета”da dəyirmi masa zamanı Dövlət Duması deputatları və RF senatorları arasında müzakirələrə səbəb olub. Tədbir iştirakçıları həmçinin rəsmi İrəvanın bu cür siyasətinin qəbuledilməz olduğunu qeyd ediblər. “Zvezda” teklekanalının materialı yalnız özünü Rusiyanın yaxın tərəfdaşlarından biri kimi təbliğ edən Ermənistanda faşist ideologiyasının yayılmasının Rusiya cəmiyyəti tərəfindən qəbul edilməməsinin davamı oldu”, - F.Axundov bildirib.
Bununla belə, Ermənistanın Respublika partiyası dərhal “Zvezda” telekanalına qarşı ittihamlar səslənmdirməyə başladı. Partiyanın mətbuat katibi Eduard Şarmazanovun sözlərinə görə, telekanalda Njde barədə səslənən bəyanatlar Rusiya və Ermənistanın “tərəfdaşlıq münasibətlərinə uyğun deyil”.
“Şarmazanovun sözlərində belə çıxır ki, Ermınistanda rus məktəblərinin bağlanması, rus dilində tədrisin qadağan edilməsi, ən az sayda rusların olması və postsovetn məkanımda rus dili və ədəbiyyatına ən pis yanaşma (Baltik ölkələrində yaşayan rusların sayı daha çoxdur) rus xalqına rəğbətin ən ali təzahürüdür. Ermənistan vətəndaşları üçün rus məktəbinə yalnız onların valideynlərinin rus qanından olması icazə rolunu opynayır, bu isə faşist ideologiyasının ilk əlamətidir. Ermənicəsinə tərəfdaşlıq nümunəsi budur - ölkədən rusları qovmaq, rus dilini qadağan etmək, İrəvanın mərkəzində faşistə abidə ucaltmaq, lakin həmin Rusiyadan müdafiə, pul və qida tələb etmək”, - F.Axundov deyib.
O, həmçinin diqqəti Şarmazanovun Njdeni və rus sərkərdə Aleksandr Suvorovu müqayisə etdiyinə yönəldib. “Partiyanın mətbuat katibi deyir ki, Njde, Suvorovun ruslar üçün olduğu kimi, ermənilərin böyük qəhrəmanıdır. Bütün Avropada Rusiya imperiyasının gücünü tanıdan, qəhrəmanlığı ilə yaddaşlarda qalan sərkərdəni və Böyük Vətən müharibəsi illərində Rusiyanın cənubunda dinc əhalini məhv edən, sinəsində svastika olan faşistlərin əlaltısını necə müqayisə etmək olar?! Məgər Rusiyada Suvorovun əməyini və igidliyini öyrənməyi qadağan edən hər hansı prezident tapılar?! Çətin. Ermənistanda isə (ilk prezident Levon Ter-Petrosyanın dövründə) həm SSRİ, hətta çar Rusiyası zamanı daşnakların və bu ideologiyanın əsas həyata keçirən - Njdenin ideologiyasına qadağa qoyurdular, onların faşist və dağıdıcı mahiyyətini anlayırdılar. Ter-Petrosyanı kənarlaşdıran daşnaklar isə İrəvanın ən məşhur yerində Njdenin abidəsini ucaldıblar, hətta onu Suvorovla müqayisə edirlər. Baxmayaraq ki, 200 mindən artıq rusiyalı faşistin abidəsinin sökülməyini tələb edir”, - Axundov vurğulayıb.
A.Əzizov