2018-ci ildə Azərbaycanda yaşayış minimumu 173 manat səviyyəsində müəyyən edilib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
2017-ci il üçün yaşayış minimumu 155 manat məbləğində təsdiq edilib. Beləliklə, yaşayış minimumunun məbləği 2017-ci illə müqayisədə 11,6% artır.
Gələn il əmək qabiliyyətli vətəndaşlar üçün yaşayış minimumunun 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilməsi təklif olunur.
Bundan başqa, parlament 2018-ci il üçün ehtiyac meyarını 130 manat məbləğində təsdiq edib (2017-ci il üçün ehtiyac meyarı 116 manatdır).*
R.Babayev